Dear,

Mabel.

Bu notları elə yazmaq istəyirəm ki, sanki yan-yana oturmuşuq. Oxuduqca arada mənə cavab verirmişsən kimi hiss edirəm😊. Bəzən gülümsəyəcəksən, bəzən "ay Ömər..." deyəcəksən, bəzən də sadəcə susub oxuyacaqsan. Mən də elə bunu istəyirəm.

Bilirsən, mən düşünürəm ki, "bilmirəm" sözü əslində yoxdur. Kim "bilmirəm" deyirsə, çox vaxt bilir, sadəcə demək istəmir, ya da hələ vaxtının gəlmədiyini düşünür. Mən də indiyə qədər nə demişəmsə, nə etmişəmsə, inanki onları çoxdan düşünüb ölçüb-biçmişəm. Elə-belə qərar verən biri deyiləm.

Bəzi hərəkətlərim sənə qəribə gələ bilər. Amma mən əvvəlki Ömər deyiləm. Hətta əvvəlki Ömər indiki mənə baxıb deyərdi ki, "bu mən deyiləm". İçimdə qəribə dəyişikliklər olub. Həmişə sonsuz xoşbəxtliyi axtarmışam. Bilmirəm insanlar buna inanır ya yox, amma mən inanıram ki, elə bir xoşbəxtlik var. Sadəcə onu tapmaq çətindir.

Əslində insanlara güvənən biri olmamışam. Həmişə düşünmüşəm ki, bir gün hamı gedəcək. Kim olur olsun, bir gün arxasını çevirəcək. Bəlkə buna görə özümü çox adamdan uzaq saxlamışam. Amma sənə gələndə nəsə fərqli hiss etdim. İçində bir işıq gördüm. O işığa inanmaq istədim. Və hələ də inanıram ki, sən getməyəcəksən.

Həmişə elə hiss etmişəm ki, mən heç bir yerə tam aid olmamışam. Məktəblər dəyişmişəm, siniflər dəyişmişəm. Karateyə necə həvəslə başlamışdım... Amma gözümə görə məcbur qalıb dayandırdım. O vaxt çox pis olmuşdum. Amma indiki halıma heyfim gəlmir. Çünki bacardığım qədər ən yaxşısını etmişəm. Sadəcə bir arzumu dəyişmək istərdim... Kaş səninlə daha tez tanış olaydım.

İnsanlara bel bağlamama səbəb də elə budur. İnanırsan, sonra arxalarını çevirirlər. Deyirlər ailə haqqında pis danışmaq olmaz. Bilmirəm... Amma sənə bir şey deyim? Səndən başqa kimsə məni qucaqlayanda qəribə oluram. Elə bil bədənim istəmir. Özüm də bilmirəm bu self-defense-dir, yoxsa başqa bir şey. Amma sənin əlini tutanda, sənə yaxın olanda, qucaqlaşanda qəribə bir rahatlıq gəlir. Elə bilirəm bütün səs-küy dayanır.

Müəllimim rəhmətə gedəndən sonra qəribə düşüncələrim olmuşdu. O yaşılgöz idi. Özümə qəribə bir qayda qoymuşdum ki, yaşılgöz kişilərdən uzaq olum. Çünki tanıdıqlarım məndə yaxşı təəssürat yaratmamışdı. Deyirdim bəlkə istisnalar var. Sonra düşündüm ki, görəsən yaşılgöz bir qız qarşıma çıxsa necə olar? Necə biri olar? Sonra həyat səni çıxardı qarşıma. Elə bil vaxtilə etdiyim balaca bir arzu cavabını tapdı.

Əslində mən soyuqqanlı insanam. Hətta gərgin anlarda bizimkilər deyirlər ki, "Ömər çox soyuqqanlıdır". Amma sənə qarşı yox... Mənim reaksiyalarım çox emosional görünə bilər. Amma bunu hər kəsə etmirəm👉🏻👈🏻. Premium insana edirəm😊. Yəni sənə.

Bax indi detoks etmək üçün limonlu isti su içirəm👻. Amma özümü saxlaya bilmədim, şirniyyat da yedim😂😂😂. Dedim necə olsa orada olmayacaq, indi yeyim👉🏻👈🏻.

Koreyalılar var e... Qarşısındakı insana elə emosiyalı reaksiya verirlər ki, adam hiss edir ona dəyər verilir. Mən də eləyəm. Sevdiyim insana hiss etdirməyi xoşlayıram. Bilməsini istəyirəm ki, mənim üçün dəyərlidir.

Instagram-da repost etdiyim videonu yadına sal. Sən görəsən deyə etmişdim😊. Həqiqətən "You met me at a very strange time in my life." Elə hiss edirəm.

Sənə qədər düşünürdüm ki, heç kimi bu qədər sevə bilmərəm. Heç kimə bu qədər bağlana bilmərəm. Amma sən gəldin... Və bütün fikirlərim dəyişdi. İndi yatanda belə səni düşünərək yatıram. Yuxularımın içində belə yerin var.

İmtahana gedəndə yadındadır? Avtobusda içimdən keçirdi ki, kaş bir yerdə gedək. Sonra düşəndə bir az da olsa yanaşı getdik. O balaca an belə mənə çox xoş gəlmişdi.

Bir də telefonu mənə vermişdin Google Maps-ə baxım deyə. O qədər sevinmişdim ki... İçimdən dedim: "Aydaa... mənə güvəndi." Sonra dedin ki, məktəbə çatanda verərsən. O sözün məni necə sevindirdiyini təsəvvür edə bilməzsən. Çünki mənim üçün güvən çox böyük şeydir.

Mən istəyirəm həyatın hər halında yanımda olasan. Güləndə birlikdə gülək. Ağlayanda birlikdə ağlayaq. Yorulanda birlikdə dincələk. Sevinəndə ilk sənə danışım. Pis olanda ilk sənə sarılım. Həmdəmim ol. Hər şəraitdə yanımda qal.

Mən mahnı kliplərinə baxmağı çox sevirəm👉🏻👈🏻. Ümid edirəm sən də sevirsən. Shakrhh-un mahnılarının videoları var e... Adamın içini qəribə rahatladır.

Ümumiyyətlə nəyi sevdiyimi deyim? Soyuq çay içməyi sevirəm, sənin kimi. Səmaya baxmağı sevirəm. Quşlara baxmağı sevirəm. Çiçəklərə baxmağı sevirəm. Ucsuz-bucaqsız çəmənliklərə baxmağı sevirəm. Gün batımını sevirəm. Yağışdan sonrakı torpaq qoxusunu sevirəm. Səhərin sakitliyini sevirəm. Pəncərədən çölə baxıb xəyal qurmağı sevirəm.

Bir də... sənə baxmağı sevirəm. Bəlkə də ən çox bunu.

Əslində fiziki təmasdan xoşum gəlmir. Amma sən başqa mövzusan. Səni elə qucaqlamaq istəyirəm ki, vaxt dayansın. Elə bil bütün yorğunluğum keçsin. Elə bil dünyanın bütün səs-küyü dayansın.

Bu dünyada məqsədsiz yaşayan çox insan var. Amma mən balaca Ömərə söz vermişəm. Arzularım var. Məqsədlərim var. Onlara çatacağam. O arzuların içində sən də varsan.

Xəyal edirəm... Xaricdə yaşayırıq. Səhər tez dururuq. Birlikdə qaçırıq. Sonra gözəl səhər yeməyi yeyirik. Fitnessə gedirik. Səninlə üzmək istəyirəm. Sonra gəzirik, yeni ölkələr görürük. Axşam gün batımını izləyirik. O an sadəcə əlini tutmaq istəyərəm. Üzünə baxmaq istəyərəm. Gözün gözümə baxsın. O an başqa heç nə lazım olmasın.

İstəyirəm hər nə olursa olsun yanımda olasan. Mən demirəm ki, mükəmməl insanam. Əsla. Səhvlərim də olacaq. Yorulacağım günlər də olacaq. Amma bir şeyi bilirəm... Dünyanın ən varlı insanı olsam da, heç nəyim olmasa da, yanımda səni görmək istəyərəm.

Sənlə tanış olandan sonra hiss etdim ki, mənim də qəlbim var imiş. Mən də kimisə bu qədər sevə bilirmişəm. Mən də kiminsə gülüşünü gün boyu düşünə bilirmişəm.

Sarılalımmı?

Bir də bu cümlələri tapmışam, çox şirindirlər😂👇🏻

• Öldürür beni kipriğinin her tanesi, hayırlı günler aşkoların bitanesi💅🤭

• Sen bana sırtını dönsen, benim sırtını öpesim geliyor.🥹

• Senin dudakların var, benim de dudaklarım var... İlginç👉🏻👈🏻😂

• Bana iyi geceler mesajı atman saçma. Direkt gelip uyutman lazım🤭

• Sen "iyiyim" deyince inanmış gibi yapıyorum ama gözlerin başka şey söylüyor.🥺

• Sana sarılınca zamanın biraz yavaşlamasını istiyorum.🫠

• Günüm kötü geçse bile adını görünce düzəlir.❤️

• Dünyanın en güzel manzarası? Bence bana gülümsemen.🥹

• Bazen hiçbir şey demene gerek yok. Yanımda olman yetiyor.🫂

• Bir ömrü plan deseler... İçində sən olan planı seçərəm.❤️

Əgər bir gün özünə inanmasan, mən sənə səndən daha çox inanacağam. Əgər yorulsan, bir az yükünü mən daşıyaram. Əgər ağlasan, göz yaşlarını silməyə çalışaram. Güləndə isə o gülüşün səbəbi ola bilsəm, mənə dünyaları vermiş kimi olarsan. 🥹❤️

Bəzən heç danışmayaq. Sadəcə yan-yana oturaq. Sən danış, mən qulaq asım. Hər an göz-gözə gələk, gülümsəyək. Heç nə demədən belə hər şeyi başa düşək. Məncə sevginin ən gözəl tərəfi də budur. 🌿✨

Mən səninlə hər anı yaşamaq istəyirəm. Yağış başlayanda eyni çətirin altına girmək istəyirəm. ☔ Bir fincan isti çayı bölüşmək istəyirəm, xəstələnəndə isti yeməyi üfürüb qaşıqda səni yedizdirmək istəyirəm. Alnından, gözündən, yanaqlarından, dodaqlarından öpmək istəyirəm. Sənin üşüyən əllərini isidə bilim istəyirəm. Bir yerdə gün batımını izləyək, sonra da "çox gözəldir" demədən eyni şeyi düşündüyümüzü anlayaq. 🌅🤍

Bilirsən ən gözəli nədir? Səni tanıyandan sonra gələcəyi təsəvvür edəndə artıq tək olmuram. Hər xəyalımda sən varsan. Hər planımda sən varsan. Elə bil beynim avtomatik olaraq hər şeyin yanına səni əlavə edir. 😊

Burger yediyimiz anı unutmayacam)

Müzeyyen gibi

2-ci bir çaya ne dersin❤️

VIP Playlist by Pepe

Invite link:

Let's make a playlist together. Join to add videos: Mabel https://www.youtube.com/playlist?list=PLZeOAp0dwVGs&jct=GwfGatDH5dae_SUIx_9eVw

- Bu linkə klikləyib, sonra yeni mahnıları bura əlavə edə bilərsən😉.

- İçində sənə aid, mənim sevdiyim mahnılar mövcuddur🥰

Share link:

https://youtube.com/playlist?list=PLZeOAp0dwVGs&si=ucqHGH1LW27o8bip

www.oneofficial.net