Note 1


Dear,
Mabel.
Bu notları elə yazmaq istəyirəm ki, sanki söhbətləşirik yan-yana oturanda😊. Oxuduqca içində cavab verəcəksən deyə hiss edirəm🥰. Düşünürəm ki, bilmirəm sözü yoxdur. Məsələn kim bilmirəm deyirsə, deməli odur bilən, sadəcə gizlədir səndən. İndiyənəcən nə etmişəmsə, demişəmsə, deməli onu çoxdandan düşünüb ölçüb biçmişəm. Açığı mənim bəzi hərəkətlərim qəribə gələ bilər, ama mən geri dönsək, əvvəlki Ömər də deyiləm. Hələ əvvəlki Ömər narazı olardı ki, bu deyildim mən, içi qaranlıq alov. Həmişə sonsuz "mutlak-xoşbəxtliyi" axtarmışam. İnanıram da ki, var. Əslində mən insanlara güvənən biri deyiləm. Həmişə düşünmüşəm ki, hərə bir gün gedəcək. Ama sənə inanıram ki, getməyəcəksən. Çünki sən də bir işıq gördüm, inanmaq istədim. Həmişə düşünmüşəm, mən bir yerə aid olmamışam, məktəblər, siniflər dəyişmişəm, karateni belə istəyirdim, gözümə görə məcbur oldum dayandım. Açığı indiki durumuma heyifim gəlmir, çünki bacardığımın ən yaxşısı olmuşam. Ama kaş səninlə tez tanışa idim.
İnsanlara indi bel bağlamama səbəbim, onlara inanıb sonra da arxalarını çönmələridir. Deyirlər əslində pis danışmaq olmaz ailən haqqında, amma nəm. Səndən başqa onlar məni qucaqlayanda qəribə oluram, heç istəmirmiş kimi. Bilmirəm bədənin self defensidir yoxsa necə. Ama sənin əlini tutanda, qucaqlaşanda, ümumən tenin tenimə dəyəndə rahat oluram. Müəlliməm rəhmətə gedəndən sonra düşünürdüm ki, müəlliməm yaşıl gözlü idi, görən məndən başqalarına qarşı necə olub, çünki mən özümə qayda qoymuşam, həmişə yaşıl gözlü kişi cinsindən uzaq durum. Çünki gözləmlərimə görə heç də yaxşı olmurlar (Bəlkə də istisnalar var, sadəcə tanıdıqlarımdan). Ama indiyənəcən qadın cinsindən yaşıl gözlü biri ilə qarşılaşmamışdım. Düşünürdüm ki, yaşıl gözlü xanım çıxsa da qarşıma, görsəm necə insandı. O da səni verdi mənə. Yəni arzulamış oldum, gerçəkləşdi.


