Note 1

Əziz,

Lemoş. ❤️

Əslində mən soyuqqanlı insanam. Hətta o vaxt gərgin anlarda bizimkilər deyir ki, soyuqqanlı "pis" insanam. Mənim reaksiyalarım çox emosional gələ bilər, amma onu mən hər insana etmirəm. 👉🏻👈🏻 Yəni premium insana edirəm, məsələn sən. 😊

Bax indi detoks etmək üçün limonlu isti su içirəm. 👻 Amma özümü saxlaya bilmədim, şirniyyat yedim. 😂😂😂 Orada olmayacaq deyə düşündüm, yeyim. 👉🏻👈🏻

Harada qalmışdıq? Emosiyalarımda. 🙂 Koreyalılarda bir xüsusiyyət var e, qarşılarındakına o qədər emosiyalı reaksiya verirlər ki, qarşıdakı bilsin ona çox dəyər verirlər. 😇 Yəni mən də eləyəm. 🥰

Instagram-da repost etmişdim e, sən görəsən deyə. Həqiqi, "you met me in a very strange time in my life." 😶‍🌫️ Qəribə hisslər içindəyəm. Sənə qədər düşünürdüm ki, heç kimi bu qədər istəyə bilmərəm, bu qədər bağlana bilmərəm. Amma sən elə qarşıma çıxdın ki, xəbərim olmadan sənə bağlandım. Vallah. Yuxuya gedəndə də səni arzulayıb yatıram.

Adicə imtahan vaxtı ilk dəfə bir qız haqqında arzuladım ki, kaş onu uzaqdan da olsa son dəfə görüm. Avtobusa mindik e imtahana gedəndə, içimdə dedim ki, kaş bir yerdə gedək imtahana. Sonra da düşəndə bir yerdə getdik. 👉🏻👈🏻 Adicə telefonu verdin e mənə Google Maps-ə baxmaq üçün, o qədər sevinmişdim ki... ❤️ İçimdə dedim: "Ayda, qız mənə güvəndi e." 😊 İçim çox əridi, Allah haqqı. Hələ dedin e, "məktəbə çatanda verərsən, indidən vermə." Onda lap xoş oldum. ❤️

Mən səni hər zaman yanımda istəyirəm. Ağlayanda da, güləndə də. Bir yerdə gülək, bir yerdə ağlayaq. Həmdəmim ol istəyirəm. Sən yenə hər koşulda yanımda ol. ❤️

Həmdəm — insanın daxili aləmini, dərdini və sevincini bölüşdüyü insan. (Açıqlama edirəm. 😂😂😂)

Bilirsən, mən sevgini çox böyük sözlərlə yox, xırda şeylərlə hiss edirəm. Məsələn, "halın düzəldi?" sualı ilə, "evə çatanda yaz" deməklə... Bunların hərəsi mənim üçün çox qiymətlidir. Çünki o an hiss edirəm ki, ağlının bir küncündə mən də varam. ❤️

Mən mükəmməl insan deyiləm. Bəzən artıq düşünürəm, bəzən çox darıxıram, bəzən də hisslərimi gizlədə bilmirəm. Amma bir şeyi bilirəm, hislərimi dilə gətirməkdən çəkinmirəm. Sənin yanında olanda özümü rahat hiss edirəm. Elə bil uzun müddətdir axtardığım sakitliyi tapmışam.

İstəyirəm ki, gələcəkdə dönüb bu günlərə baxanda "nə yaxşı ki, tanış olmuşuq" deyək. İstəyirəm xatirələrimiz çox olsun. Bir yerdə gəzdiyimiz park, yedimiz burger, etdiyimiz uzun söhbətlər, susub baxışmağımız, başını çiynimə qoymağın, məni qucaqlamağın, yanağımdan öpməyin... bunlardır içimi əridən, deyirlər e qarnımda kelebekler uçuşuyo, eynisi oldu məndə, ele bil özümü itirdim sevincimdən, uçan kimi oldum.

Mən səndən möhtəşəm şeylər istəmirəm. Sadəcə istəyirəm ki, həyatında mənə də kiçik bir yer ayırasan. O yer mənim üçün dünyanın ən böyük yeri olar.

Bir də... bunu deməsəm məktub yarımçıq qalar. 😊

Əgər nə vaxtsa yorulsan, kədərlənsən və ya hər şey üstünə gəlsə, unutma ki, mən səni dinləməyə hazıram. Bəzən həll yolu tapa bilməsəm də, yanında dayanmağa çalışaram. Çünki mənim üçün vacib olan təkcə gülüşün deyil, göz yaşın da, susmağın da, sevincin də, qorxuların da sənin bir parçandır. Ama bil ki, Ömər hər şeyə yol tapar səninlə birgə.

Və ən sonda...

Yaxşı ki, qarşıma çıxdın, Lemoş. ❤️

Bəlkə də bunu sənə çox deyəcəyəm, amma heç bezməyəcəyəm: mən səni tanıdığıma görə həqiqətən xoşbəxtəm. Ümid edirəm ki, nə vaxtsa bu məktubu oxuyanda mənim hiss etdiyim səmimiyyəti sən də hiss edəcəksən.

Səni çox istəyirəm. ❤️👉🏻👈🏻

- Bu məktubları yazanda doluxsulandım, Recep İvedik kimi gözüm pıt :)

Next Page

www.oneofficial.net